Menu

Zaqatalaya güclü leysan və dolu yağdı

24.10.2026, 00:16
Zaqatalaya güclü leysan və dolu yağdı

Zaqatala rayonunda güclü leysan yağışı və dolu müşahidə olunub.

"AzPolitika" APA-a istinadən xəbər verir ki, oktyabrın 22-dən etibarən ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgənin müxtəlif rayonlarında fasilələrlə yağış yağır.

Oktyabrın 23-ü axşam saatlarında qeyri-sabit hava şəraiti daha çox Zaqatala rayonunda müşahidə edilib. Rayon ərazisində bir saatdan artıq davam edən güclü leysan yağıb.

Yağıntılar nəticəsində dağ çaylarında suyun səviyyəsinin artdığı bildirilir.

Rayonun Yuxarı Tala kəndində isə təxminən 15 dəqiqə ərzində fındıq böyüklüyündə dolu yağıb.

İlkin məlumata görə, dolu şəxsi təsərrüfatlarda ağaclarda qalan alma, armud və digər meyvələrə ziyan vurub.

Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol