Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş prezidenti Robert Koçaryanın həbs müddəti 2 ay uzadıb.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, qərar saatlarla davam edən iclasdan sonra elan olunub.
Keçmiş prezidentin vəkili müdafiə tərəfinin qərardan şikayət etmək niyyətində olduğunu bildirib.
Robert Koçaryan avqustun 25-də saxlanılıb. Ona qanunsuz əmlak əldə etmə işi üzrə ittihamlar irəli sürülüb.


Şərhlər