Menu

Bu istiqamətdən Neftçilər prospektinə çıxış bağlanır

30.08.2025, 19:27
Bu istiqamətdən Neftçilər prospektinə çıxış bağlanır

Avqustun 30-u saat 22:00-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış Formula 1 yarışları bitənədək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə  Bakı Şəhər Halqasından bildirilib.

Məhdudiyyətlər sentyabrın 19-dan 21-dək keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Qeyd edək ki, məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər olacaq.

Sürücülərdən hərəkət zamanı alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

Şərhlər

ƏNHU 2025-08-31 02:28:42

Formula 1 yarışları xalqın boynuuna keçirilmiş bi dərman daşıdır. Biz bir ovuc meşşanın inad və istəklərinə dözmək məcburiyyətindəyik. Biz gerçəkdən də acizik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol