Dünən İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümü münasibətilə Pekində keçirilən hərbi paradda maraqlı anlar yaşanıb.
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin tədbir zamanı “ölümsüzlük” barədə söhbət ediblər.
"BBC"-nin məlumatına görə, iki liderin Tiananmen meydanındakı hərbi keçid zamanı tərcüməçilər vasitəsilə apardıqları söhbət Çin dövlət televiziyasının canlı efirində yayımlanıb.
Kadrda Si Cinpinin tərcüməçisinin rus dilində belə dediyi eşidilib:“Keçmişdə 70 yaşdan yuxarı olmaq nadir idi, indi isə deyirlər ki, 70 yaş hələ uşaq yaş sayılır".
Buna cavab olaraq Putinin tərcüməçisi bildirib:“Biotexnologiyanın inkişafı ilə insan orqanları davamlı şəkildə köçürülə bilər və insanlar daha gənc formada yaşaya, hətta ölümsüzlüyə belə çata bilərlər".
Daha sonra Si-nin tərcüməçisi əlavə edib:“Proqnozlara görə, bu əsrdə insanların 150 yaşına qədər yaşamaq şansı var.”
Maraqlı dialoq beynəlxalq mediada da geniş müzakirələrə səbəb olub.
"AzPolitika.info"

Şərhlər