"15 il əvvəl biz Azərbaycanla qarşılıqlı hörmətə və faydaya əsaslanan tərəfdaşlıq qurmağa başlayanda bəzi Avropa liderləri bizi ələ salıb, mühazirə oxuyurdular. Bu gün həmin liderlər prezidentlə şəkli çəkdirmək üçün Bakıda növbəyə düzülürlər".
“AzPolitika” xəbər verir ki, bunu Macarıstan XİN başçısı Peter Siyarto social şəbəkə səhifəsində yazıb.
O qeyd edib ki, bu əməkdaşlıq Macarıstana enerji, əczaçılıq, kənd təsərrüfatı və tikinti sahələrində mühüm nəticələr verib: “MOL Group və MVM indi Azərbaycanın ən böyük neft və qaz yataqlarında səhmlərə sahibdirlər və beynəlxalq bazarda sadə alıcılardan enerji istehsalçılarına çevrilirlər”.
Nazir əlavə edib ki, bu gün Budapeştdə Azərbaycanla İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 11-ci iclası keçirilib.
“AzPolitika.info”

Şərhlər