"James Webb" kosmik teleskopunun son müşahidələri nəticəsində Yerdən cəmi 40 işıq ili uzaqlıqda yerləşən "TRAPPIST-1e" ekzoplanetinin atmosferində həyatı dəstəkləyə bilən molekulların mövcud ola biləcəyi məlum olub.
Qeyd olunur ki, "TRAPPIST-1e" Yerdəki kimi azotla zəngin atmosferə malik ola bilər.
İngiltərədəki "St Andrews" Universitetindən Rayn Makdonaldın rəhbərlik etdiyi tədqiqat qrupu 2023-cü ildə "JWST" ilə "TRAPPIST-1e"-ni müşahidə etmiş, ulduzun qarşısından keçərkən çəkilən şəkillər bu uzaq dünyanın atmosferində həyatı dəstəkləyə biləcək molekulların ola biləcəyini irəli sürmüşdü.
Tədqiqat nəticələri göstərir ki, bu planetin atmosferində su buxarı, metan və ya karbon dioksid kimi kimyəvi maddələr ola bilər.
Bildirilir ki, indiyədək dörd "JWST" müşahidəsi tamamlanıb.
Lakin alimlərin fikrincə, səhvləri azaltmaq və qəti nəticələrə gəlmək üçün daha 15 müşahidə aparmaq lazımdır.
"AzPolitika.info"

Şərhlər