İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin xanımı Gülsəfa Cəfərova sosial şəbəkə hesabında atdığı addımla diqqət çəkib.
"AzPolitika" “Qafqazinfo”ya istinadla xəbər verir ki, G.Cəfərova həyat yoldaşı barəsində həbs qətimkan tədbiri seçildikdən sonra o, instaqram hesabına əl gəzdirib, bahalı həyat tərzini əks etdirən fotolarını böyük qismini platformadan silib.
Bundan başqa, o, “story” bölməsində etdiyi paylaşımlarla da diqqətimizi çəkib. İndiyədək lüks paylaşımlarla daha çox ön plana çıxan Cəfərovanın budəfəki instaqram hekayəsində “Quran”dan “Hud” sürəsinin 18-ci ayəsi öz əksini tapıb.
Həmin ayədə deyilir: “Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: “Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!” Bilin ki, zalımlar Allahın lənətinə gələcəklər!”
Gülsəfa Cəfərovanın digər paylaşımı da ərinin həbsinin təsirində etdiyi heç kimdə şübhə doğurmur: “İstər itki acısı, istər qarışıqlığın ağırlığı, istərsə də həyatın sınaqları ilə qarşılaşsanız da, bilin ki, tək deyilsiniz. Bu hissləri parçalayanlar üçün Allah sizin qəlbinizi ən yaxşısına yönəltsin. Şəfa axtaranlara Allah dərdini yüngülləşdirsin, qüvvət versin. Səbirlə gözləyənlər üçün hekayəniz hələ görə bilmədiyiniz şəkildə gözəl şəkildə inkişaf edir. Sizin dözümlülüyünüz Allah tərəfindən diqqətdən kənarda qalmır”.
Gülsəfa Cəfərovanın bu paylaşımları birmənalı qarşılanmayıb.
Maraqlıdır ki, Adnan Əhmədzadənin həbsi ilə bağlı xəbərlərdən sonra həyat yoldaşı sosial şəbəkə paylaşımları da silib.
Belə ki, Gülsəfa Cəfərova sosial şəbəkə hesabında dəbdəbəli həyat tərzini əks etdirən fotolar və videolar paylaşırdı. Əhmədzadənin həbsi ilə bağlı xəbərlər yayıldıqdan sonra o, həmin paylaşımların bir çoxunu silib.
Qeyd edək ki, ötən gün Səbail Rayon Məhkəməsi Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.






Şərhlər
Bu da talançıların növbəti oyunudur. Adnan illərdir xalqa milyardları atır bilən yox idimi. Onun həbs olunmağına da inanmıram
Allah kömey olsun qapısını acsın.Vezife adamları biznesmenler pularını havaya sovururlar, 5 nefer oxudun tehsil verin 1 hekim, bir vekil oxudun kasıb balarını darda olanda kömey etsinler size. Qıza,Meseye pul vermeyin darda olanda Messenin heç yadına düşmedi. Dünya 5 günlükdü. Yaxşı adamdı Azerbaycan adına işleyirdi nese elemey isteyirdi. Genclere kömey etmey üçün seyde gösterirdi
bu xanim, adnanin puluna qedib , ózne yox)))
Timsahın göz yaşlarına tamaşa etmək necə də xoşdur.Hələ bu harasıdır? Qabaqda ALLAHın divanı var. Sən idinmi YARADANın fəqir bəndələri qarşısında təkəbbür göstərib onları aşağılayan? Kimin bəndələri ilə alay edirdin? MÜTƏKƏBBİRinmi?
Qaçan da Allahı çağırır, qovan da. Oğru da Allahı çağırır, doğru da..... İndi çətinə düşəndə biqəfil Allah deyib haqq, ədalət yadına düşən bu harınlar harını, glamur "xanım" "zalım" deyəndə kimi nəzərdə tutur? Yəqin ki, onu həbs edənləri. Onu kim həbs edə bilərdi? Bax maraqlısı budur ki, belələrinə bu qədər imkan verilməməli idi...
N'ə isə bu işdə zənnimcə müəmmalar var...