Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiyanı “kağız pələng”lə müqayisə etməsinə münasibət bildirib.
"Rusiya pələng deyil; Rusiya ayı ilə daha yaxından əlaqəlidir. Kağız ayı yoxdur. Rusiya əsl ayıdır. Putin bizim ayımızı dəfələrlə və müxtəlif emosiyalarla təsvir edib. Burada kağız heç nə yoxdur", - Peskov bildirib.
O əlavə edib ki, “gərginliklərə” baxmayaraq, ölkədə makroiqtisadi sabitlik qorunur. Onun sözlərinə görə, Kreml Trampın Rusiyanın müharibədə iştirakının mənasızlığı və iqtisadiyyatın “dəhşətli vəziyyəti” ilə bağlı bəyanatları ilə razılaşmır.
Peskov həmçinin, Amerika liderinin ritorikasını dəyişməsini BMT Baş Assambleyası çərçivəsində Voloimir Zelenski ilə görüşü ilə əlaqələndirib.
“AzPolitika.info”

Şərhlər
Tramp sadəcə məzələnir. Amma o əslində yaxşı bilir ki, Rusiya Şimal ayısı obrazı ilə daima qürur duyub. Alın bu da Peskovun etirafı. İkincisi də Tramp Rusiayanı iqtisadi basqılarla çökdürəcəyinə əmindir. Amma bunda da yanılır. Amerika özünün bu yöntəmi ilə İranı 46 ildir basqı altında saxlayır. İran isə yaşayır və hətda Uranın zənfginləşdirilməsinə kimi gəlib çıxdı. Hansı ki, Rusiya ondan bütün ehtiyatlarına görə qat-qat yüksəkdədir. Bir herçək var ki, Rusiya SSRİ kimi içdən çökməsə, kənar müdaxilələr sadəcə onu edənləri yandırar. Ona görə də zaman və bir də ağıllı siyasət.
Di ver Rusiyanın cavabını, cənab Tramp, adam dediyi sözün arxasında axıradək dayanar...Sözü tullayıb gizlənməz...