Menu

Babək prospektində ölümlə nəticələnən qəza – VİDEO

24.09.2025, 12:26
Babək prospektində ölümlə nəticələnən qəza – VİDEO

Bu gün səhər saatlarında Babək prospektində, Xalqlar Dostluğu metrosu yaxınlığındakı körpünün üzərində tıxac yaşanıb.

“AzPolitika” xəbər verir ki, tıxacın ağır yol qəzası ilə bağlı olduğu aydın olub.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu gün səhər saatlarında Bakı şəhəri, Xətai rayonu Babək prospektində, Məhəmməd Hadi küçəsi ilə kəsişmədə (Xalqlar Dostluğu metrosunun yaxınlığında) baş vermiş yol-nəqliyyat hadisəsinin videosunu yayıb.

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli qəfil manevr (yol hərəkəti qaydalarını pozaraq) etməsi nəticəsində idarə etdiyi avtomobil maneəyə çırpılıb və o, anında dünyasını dəyişib.

Onun meyiti deformasiyaya uğramış avtomobildən çıxarılıb.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol