Menu

Ərdoğanın Makronla etdiyi zarafat gündəm oldu - VİDEO

25.09.2025, 12:36
Ərdoğanın Makronla etdiyi zarafat gündəm oldu - VİDEO

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu-Yorka səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan burada Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb. 

Görüş BMT-nin mənzil-qərargahında bağlı qapılar arxasında baş tutub.

Görüşdə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın, Fransanın Avropa və Xarici İşlər naziri Jan-Noel Barrot da iştirak edib.

Görüş öncəsi iki lideri arasında maraqlı bir dialoq da yaşanıb.

Belə ki, Prezident Ərdoğan Makrondan necə olduğunu soruşan zaman Fransa lideri cavabında "yaxşı" olduğunu deyib.

Ərdoğan isə zarafatla "Yaxşıdır. Demək ki, yaxşı olduğu anlar da var", - deyə bildirib.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol