Menu

Təhsilin İnkişafı Fondunun rəhbəri istefa ərizəsi yazıb - Vəzifəsi bu şəxsə tapşırılıb...

02.10.2025, 12:20
Təhsilin İnkişafı Fondunun rəhbəri istefa ərizəsi yazıb - Vəzifəsi bu şəxsə tapşırılıb...

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov istefa ərizəsi yazıb. 

“AzPolitika” xəbər verir ki, o, bu barədə ərizəsini Elm və Təhsil Nazirliyinin rəhbərliyinə təqdim edib.

Nazirlikdən məlumatı təsdiq ediblər. Qeyd olunur ki, E.Nəsibovun öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilib.

Nazir Emin Əmrullayevin imzaladığı əmrə əsasən fondun idarə heyətinin sədri vəzifəsi müvəqqəti olaraq Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlıya həvalə olunub.

Qeyd edək ki, E.Nəsibov vəzifəsindən ayrılması ilə bağlı “Facebook” səhifəsində paylaşım edib.

“5 illik fəaliyyətimdən sonra təhsil sistemindən ayrılıram. Başda hörmətli Emin müəllim Əmrullayev olmaqla bütün həmkarlarıma, təhsil işçilərinə təşəkkür edirəm və gələcək işlərində uğurlar arzulayıram”, - o qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol