Menu

“Rusiya tənəzzülə uğraya bilər”- Medvedev

23.12.2014, 23:13
“Rusiya tənəzzülə uğraya bilər”- Medvedev

“Bizim üçün daha dərin tənəzzülə girmək riskləri mövcuddur”. BBC-i xəbər verir ki, bu sözləri Medvedev hakim “Vahid Rusiya” partiyasının Ali və Baş Şuralarının geniş iclasında çıxış edərkən bildirib.

Baş Nazirin sözlərinə görə, hazırda yaranmış vəziyyət, 2008-ci ildəki böhrandan daha çətindir.

“O vaxtlar (2008-2009-cü illərdə) biz dünya ilə birlikdə böhrandan çıxırdıq, hazırda isə bir sıra ölkələr iqtisadiyatımızın inkişafına maneələr törətməklə məşğuldur”.

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 2015-ci ildə ümumdaxil məhsulun həcminin 0,8 faiz azalacağını proqnoz edib.

Medvedevin sözlərinə görə, hökumət 2008-ci ildəki böhran vaxtı olduğu kimi bazardakı vəziyyətə təsir göstərməyə çalışacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol