23 dekabr bələdiyyə seçkilərində 1 milyon 876 min 14 seçici iştirak edib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dekabrın 24-nə keçən gecə seçkilərin ilkin nəticələri ilə bağlı mətbuat konfransında belə deyib.
Bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə 5015 məntəqədə keçirilib, səsvermədə iştirak etmiş seçicilər ümumi seçicilərin 38,93 faizini təşkil edib.
MSK sədri deyib ki, 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə seçkilərə 37 min 77 namizəd qatılıb.
Məzahir Pənahov bildirib ki, ilkin nəticələrə görə, artıq 1024 bələdiyyə (64 faiz) formalaşmış sayıla bilər. Lider namizədlərin ümumi sayı 11 min 926 (ümumi seçiləcək üzvlərin 79,32 faizi) təşkil edir.
Komissiya sədri deyib ki, dekabrın 24-ü günün birinci yarısında bütün ölkə üzrə 5015 məntəqənin nəticələrini əldə olunacaq və 1607 bələdiyyə üzvü seçilmək üçün lider namizədlərin siyahısı MSK-nın saytında yerləşdiriləcək.


Şərhlər