Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev həbsi xəbəri iki gündür ölkə mediasının əsas mövzusuna çevrilib. Hamı Mehdiyevdən danışır, onun “xəyanət dosyesi”ni müzakirə edir.
Uzun illər özünü “boz kardinal” kimi tanıdan Mehdiyevin şəhərdən uzaqlaşaraq bağ evinə çəkildiyi deyilir.
Ölkədə sərt karantin rejimi tətbiq edilən, insanlar pandemiya ilə mübarizə apardığı vaxtlarda Mehdiyev ailə üzvlərini və klanına daxil olanları Novxanı qəsəbəsində yerləşən villasında başına toplayaraq nəvəsinə toy etmişdi.
Hazırda isə həmin evin adı başqa səbəblərlə gündəmdədir. İddia olunur ki, Mehdiyev və yaxın çevrəsi dövlət əleyhinə qurulan planların müzakirəsini də çox vaxt məhz bu villada aparıb. Bəzi siyasətçilər də vaxtaşırı çıxışlarında “Mehdiyev klanı”na daxil olan keçmiş məmurların bu “təxribat villası”nın daimi qonaqları olduğunu deyiblər.
Böyük bir ərazini əhatə edən bağda iki nəhəng villa inşa edilib. Evlər hələ də ciddi mühafizə olunur, dörd bir tərəfi onlarla müşahidə kamerası ilə izlənilir.
Dövlətə xəyanət, hakimiyyəti ələ keçirməyə yönələn fəaliyyət və qanunsuz yolla əldə olunmuş pullarla bağlı ittihamlara Mehdiyevin münasibətini öyrənməyə cəhd etsək də, qapını açan olmadı. Qonşulardan öyrəndik ki, Ramiz Mehdiyev hazırda burada deyil, o, ev dustaqlığını başqa evində çəkir.(qafqazinfo)





Şərhlər
Ramil Usubov Zakir Qaralov Ramiz Mehdiyevin en yaxin adamlaridir
Sorushun bu villanin tikintisinin pullarini kimlar verib, hansi icra bashcilari verib! Vermak ustunda yarish kecirirdilar! Ozu korrupsiyanin icinda ola- ola bashqalarinin qapiyini sayirdi! Onu bizimAllahimiz vurdu!
Ulu ondarin corayi vurdu! Heyif o ordenlardan! Xacalat caksin! Onun Bay Mamedi hardadir? Onu calb etmak laImdir, cox sheyi o bilir!