Menu

Gələn il Azərbaycanda orta pensiya nə qədər artacaq? - MƏBLƏĞ

23.10.2025, 20:33
Gələn il Azərbaycanda orta pensiya nə qədər artacaq? - MƏBLƏĞ

2026-cı ildə orta pensiya məbləğinin artacağı gözlənilir.

Bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, 2026-cı ildə orta pensiya məbləğinin 579,2 manat ətrafında məbləğ təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2025-ci ildə gözlənilən 537,0 manat məbləğindən təqribən 7,9 faiz artıqdır.

2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin ümumi proqnozu 7 milyard 992.88 milyon manat səviyyəsində müəyyən edilib.

Bu rəqəm 2025-ci ilin təsdiqlənmiş proqnoz göstəricisindən 10.85% və ya 782.35 milyon manat çoxdur.

Şərhlər

ƏNHU 2025-10-24 00:33:30

Bahalaşmanı cüzi kompensasiya ilə ört-basdır edib adını pensiya artımı qoyurlar. Əsl həqiqəti suyuducu söyləyir.O sizdən insaflıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol