Xəbər verdiyimiz kimi, bu gün Ana Vətən Partiyasının qurultayında Fəzail Ağamalı və övladları arasında gərginlik yaşanıb.
Qalmaqala səbəb Günay Ağamalı ilə Elçin Ağamalının partiya sədrliyi postu uğrunda mübarizəsi və Fəzail Ağamalının qızını dəstəkləməsidir.
F. Ağamalı istefa vermədiyini mətbuata açıqlasa da, onun qurultay üzvləri ilə vidalaşdığı görüntülərdə öz əksini tapıb. Hadisədən sonra Günay Ağamalı da bəyanat yayaraq, atasının istefa vermədiyini bildirib və məlumatların əsassız olduğunu vurğulayıb.
Günün qəhrəmanı, AVP-nin təşkilati məsələlər üzrə sədr müavini Elçin Ağamalı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, atası onun sədrliyə potensial namizəd kimi imkanlarını bildiyi üçün son bir ildə onu partiya fəaliyyətindən tamamilə uzaqlaşdırıb: “Təşkilati məsələlər üzrə sədr müavini olmağıma baxmayaraq, qurultayın hazırlanması və gedişatı prosesində iştirak etməmişəm. Fəzail müəllim deyir ki, istefa verməyib, ancaq videogörüntülərdən də aydın görünür ki, Fəzail müəllim qurultayda açıq şəkildə istefasını elan edib və uzun illər onunla birgə fəaliyyət göstərənlərə təşəkkürünü də çatdırıb”.
Onun sözlərinə görə, proseslərin xaotik vəziyyət alması namizədlərin irəli sürülməsindən sonra başladı: “Dörd namizəd irəli sürüldü. Günay xanımı Fəzail müəllimin özü təklif etdi. Mənim namizədliyim səsləndirildikdən sonra isə zalda gurultulu alqışlar və böyük dəstək oldu. Bunu görən Fəzail müəllim qurultayın gedişatının onun planına uyğun getmədiyini hiss etdi və prosesi pozmağa cəhd göstərdi”.
E. Ağamalı söyləyib ki, bütün bunlara baxmayaraq, əksər partiya üzvləri qurultayın işini sona çatdırdılar və orada iştirak etdilər: “Halbuki bir çoxlarına, o cümlədən mənə qarşı təhdidlər edildi, zalın işığı belə söndürüldü. Hətta hotelin mühafizəçiləri də qurultayı pozmaq üçün zala göndərilmişdi. Bütün bunlara baxmayaraq, nümayəndələrin əksəriyyəti böyük iradə və əzmkarlıq göstərərək qurultayın işini sona çatdırdı”.

Şərhlər
Bu adı (Ana Vətən ) dəyişin və adını FAP qoyun.Bu adla mərəkələr çıxarmaq həm ayıb və həm də Vətənə təhqirdir.Millət sifətnizi və mənliyinizi gördü ,öxudu,eşitdi.Arenadan çəkilməniz məsləhətdi.sizə edilən əsassız və lazımsız hörməti anlamadınız.
Səviyyəniz budur. Bədbəxt məxluqlar. Fəzailin özü kimi kürəyə xəncər vurandırlar
Belə işi,fəaliyyəti olmayan.biinməyn adı gözəll partiya Azərbarycana,.vətəndaşlara nə verir və nə verəcək? Bu ailəartiyasıdyil?Ata,qızı əoğlu bir araya gələ bilmyən və ailə üzvlrindən ibarə partiyaya büdcədən pul ayrılması nə deməkdir?Bağlanmalıdır! Qeydiyytı lləğv olunmaıdır.Havayı pul yeyib şişibər.
Bu partiya Agamalı ailəsinin şəxsi malıdır anlaşılan!!!
Fəzail hələ aiəsi daxiində bir qayda,intizamyarada bilməəyib ona necə Rartiya etibar edilib? Biabırılıq! Hələ qızı-deputata bax Ayıb!