İranın xarici işlər naziri Abbas Əraqçi bu dəfə səmimi jesti ilə gündəmə gəlib.
63 yaşlı nazir rəsmi tədbir zamanı 40 il əvvəl Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda ona dərs demiş müəllimi Əbdülrəsul Xeyrəndişlə qarşılaşıb. Görüş zamanı Əraqçi hörmət əlaməti olaraq müəlliminin əlini öpməyə cəhd edib, lakin Xeyrəndiş bu jestə incə şəkildə mane olub.
Hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub.
Minlərlə izləyici naziri hörmət və minnətdarlıq nümunəsi göstərdiyi üçün alqışlayıb, Əraqçinin bu davranışını İran mədəniyyətində müəllimə olan dərin ehtiramın göstəricisi kimi qiymətləndirib.
"AzPolitika.info"

Şərhlər