Türkiyə NATO və Avropa Birliyi üzvü olan Portuqaliya üçün inşa edəcəyi ilk hərbi gəmi layihəsində çelik kəsmə prosesinə İstanbulda start verib.
Ada Tersanesində keçirilən mərasimdə çıxış edən Müdafiə Sənayesinin Baş İdarəsinin sədri Haluk Görgün, bu addımın Türkiyə ilə Portuqaliya arasında strateji bir dövrün başlandığını qeyd edib.
Qeyd edək ki, Türkiyə və Portuqaliya 17 dekabr 2024-cü ildə Lissabonda iki Yardımçı Neftçi və Logistika Dəstək Gəmisinin inşası üçün müqavilə imzalamışdı.
Gəmi aşağıdakı missiyalar üçün hazırlanır:
- Dənizdə yanacaq və təchizat dəstəyi;
- Logistika əməliyyatları;
- Amfibi əməliyyatlar;
- Tibbi yardım missiyaları;
- Axtarış-xilasetmə və humanitar əməliyyatlar;
- Helikopter və İHA əməliyyatları.
Bundan əlavə, platformalar 20-yə qədər yüngül zirehli texnika daşıya bilir.
Layihənin əsas podratçısı STM-dir və layihədə təxminən 30 Türk şirkəti iştirak edir. Görgün, Türkiyənin MİLGEM, TCG Anadolu, TF-2000 və MİLDEN kimi layihələrlə dünya standartlarında dənizçilik texnologiyası yaratdığını xatırladıb. O, inşa ediləcək gəminin Portuqaliyanın milli və müttəfiq əməliyyatlarına kritik logistika dəstəyi verəcəyini bildirib.
STM Baş direktoru Özgür Gümeryüz isə birinci gəminin 36 ayda, ikinci gəminin isə 44 ayda təslim ediləcəyini açıqlayıb.
"AzPolitika.info"

Şərhlər