Turistlərin ən çox məyusluq yaşadığı istirahət məkanları məlum olub. 

"Stasher" şirkəti "Google" rəyləri və "TikTok" bəyənmələrini analiz edərək 101 məşhur məkan arasında geniş araşdırma aparıb. 

Məqsəd “fotolarda möhtəşəm görünüb, amma real həyatda gözləntiləri qarşılamayan” yerləri müəyyənləşdirmək olub. 

Aparılan araşdırmada dünyanın müxtəlif nöqtələrindəki tanınmış turistik yerlər qiymətləndirilib və ilk 10-luq müəyyənləşdirilib. Siyahıda Türkiyədən bir məkan da mövcuddur.

Dünyanın ən çox məyusluq yaradan 10 turistik məkanı belədir:

1. Hollivud Şöhrət Aləmi – ABŞ

Los-Ancelesin məşhur bulvarı ulduzlu qalxımı ilə tanınır. Lakin həddindən artıq insan sıxlığı, təhlükəsizlik problemləri və gözləntiləri qarşılamayan mühiti səbəbilə siyahının başında yer alıb.

2. Lut gölü – Yaxın Şərq

İsrail, İordaniya və Fələstin arasında yerləşən göl duzluluğu ilə seçilir. Lakin həddindən artıq turistikləşmə, bahalı qiymətlər və ekoloji problemlər səbəbilə aşağı qiymətləndirilib.

3. Qapalıçarşı – Türkiyə

İstanbulun simvolu olan tarixi bazar hər il milyonlarla turist qəbul edir. Amma böyük izdiham, turistik qiymətlər və qarışıq strukturu səbəbilə ziyarətçilərdə gözləniləndən artıq stres yaradır.

4. Çin Səddi – Çin

Dünyanın ən məşhur tikililərindən biri olsa da, bəzi hissələrdə sıxlıq və aqressiv satışçıların israrı turistlərə narahatlıq yaradır.

5. Viktoriya Limanı – Honq Konq

Honq Konqun məşhur siluetinin görünüşünü təqdim edən liman hava şəraiti, izdiham və yüksək qiymətlər səbəbilə həmişə gözləntiləri qarşılamır.

6. MONA Muzeyi – Avstraliya (Tasmaniya)

Müasir incəsənətin fərqli nümunələrini sərgiləyən muzey bəziləri üçün “həddən artıq eksperimental” sayılır. Həmçinin muzeyə gedib çıxmağın çətinliyi narazılıq doğurur.

7. Stounhenç – Böyük Britaniya

Dünyanın ən sirli abidələrindən biri olsa da, ziyarətçilərin sahəyə çox yaxın buraxılmaması və sıxlıq təcrübəni zəiflədir.

8. Disneyland Paris – Fransa

Avropanın ən məşhur əyləncə parkı uzun növbələr, bahalı qiymətlər və izdiham səbəbilə gözləniləni tam qarşılaya bilmir.

9. Kilimancaro dağı – Tanzaniya

Afrikanın ən hündür dağı trekking sevənlərin arzusudur. Lakin çətin marşrut şərtləri və infrastrukturdakı çatışmazlıqlar bəzi turistlərdə məyusluq yaradır.

10. Maçu Piççu – Peru

UNESCO irsi olan qədim İnka şəhəri, möhtəşəm mənzərəsinə baxmayaraq, məhdudlaşdırılmış giriş, uzun yürüş yolları və izdiham səbəbilə siyahının 10-cu pilləsində qərarlaşıb.

"AzPolitika.info"