Menu

Tramp Salmanı belə qarşıladı - VİDEO

19.11.2025, 11:24
Tramp Salmanı belə qarşıladı - VİDEO

Ötən gün ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ağ Evdə görüşüb.

"AzPolitika" xəbər verir ki, Tramp və Salman kameralar qarşısında bir-birini qarşılayarkən səmimi görüntülər sərgiləmələri diqqət çəkib.

Belə ki, rəsmi qarşılanma mərasimi zamanı F-35 qırıcıları Ağ Ev səmalarında nümayiş uçuşu həyata keçirib. Tramp isə Slamanı qarşılyarkən iki əlini yana açaraq onu qucaqlayıb. 

Donald Tramp görüş zamanı bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ-yə 600 milyard dollar investisiya qoyacaq. Məhəmməd bin Salman isə ölkəsinin ABŞ-dəkı ümumi sərmayəsini 1 trilyon dollara çatdırmağı planlaşdırdıqlarını deyib.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol