Menu

Litva Belarusla iki sərhəd keçid məntəqəsini açır

19.11.2025, 22:26
Litva Belarusla iki sərhəd keçid məntəqəsini açır

Belarus Litvadan iki sərhəd keçid məntəqəsinin açılması ilə bağlı rəsmi bildiriş alıb.

"Report"un məlumatına görə, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.

"Noyabrın 20-də Minsk vaxtı ilə saat 1:00-dan başlayaraq Litva hakimiyyəti Kamennı Loq-Medininkay və Benyakoni-Şalçininkay sərhəd-keçid məntəqələrini açmağı planlaşdırır", - deyə məlumatda bildirilir.

Belarus Sərhəd Xidməti isə Belarus-Litva sərhədində insanların və nəqliyyat vasitələrinin keçidini bərpa etməyə hazır olduğunu açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol