Tanınmış aparıcı Firuzə Cəlilovanın (Firuzə İskəndərova) Novxanı qəsəbəsində yerləşən bağ evinə basqın edilib.
Aparıcının verdiyi məlumata görə, hadisə noyabrın 26-da saat 22:00 radələrində baş verib. Onun iddiasına əsasən, beş avtomobillə əraziyə gələn təxminən 15 nəfərdən ibarət naməlum şəxs bağ evinə daxil olub.
"AzPolitika" xəbər verir ki, basqın zamanı evdən aşağıdakı əşya və avadanlıqların oğurlandığı bildirilir:
- Üç ədəd mobil telefon;
- Ümumi dəyəri təxminən 30 min manat olan qədim boyunbağı və bir cüt brilyant sırğa;
- Domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar.
Firuzə Cəlilova hadisədə iştirak etdiyi ehtimal olunan avtomobillərdən dördünün dövlət qeydiyyat nişanını da açıqlayıb:
- 99-ME-666
- 90-ME-007
- 90-YA-094
- 10-CE-025
Aparıcı hadisənin araşdırılması, şübhəli şəxslərin müəyyənləşdirilməsi və oğurlanan əşyaların geri qaytarılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Novxanıdakı bağ evlərindən birində axtarışda olan şəxsin yeri müəyyən edilib. Keçirilən əməliyyat nəticəsində istintaqdan yayınan və əvvəllər məhkum olunmuş Əlihüseyn Hüseynov (Ə. Hüseynov) polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.


Şərhlər