Dekabr ayının 21-22-də Belarusiya və Qazaxıstan prezidentləri Kiyevə səfər ediblər. Onların bu səfərləri Moskvanın Avrasiya İqtisadi İttifaqındakı iki yaxın müttəfiqinin öz gələcəklərindən necə narahat olduqlarını göstərir.

Gizli motivilər

Politologiya üzrə professor Aleksandr Qaran Almaniyanın “Deutsche Welle” media şirkətinin elektron portalına  verdiyi açıqlamada bildirib ki, onların bu səfərinin ən mühüm tərəfi Ukrayna rəhbərliyi ilə gizli razılaşmalar ola bilər.

Bu barədə ekspert deyib: "Lukaşenko iqtisadi və siyasi cəhətdən onun ölkəsinin Rusiyadan asılı olmasından bərk narahatdır. Elə bu səbəbdən də Qərblə əlaqə axtarır. Nazarbayev isə Putinin Qazaxıstanın tarixi baxımdan dövlətinin olmaması haqqında söylədiklərindən narahat olmaya bilməz.  Bu, Astana tərəfindən onun ərazı bütövlüyü və suverenliyinə qarşı təhlükə kimi qəbul edilir".

Moskvanın hərəkətləri inamsızlıq yaradır

  “Deutsche Welle”nin məqaləsində Aleksandr Lukaşenkonun Kiyevə səfərə getməzdən əvvəl Rusiya rublunun dollar qarşısında hədsiz geriləməsinin ən qızğın çağında  Moskvadan aralarındakı ticarətin dollarla aparılmasını tələb etməsinə də xüsusi diqqət çəkilir.

Həmçinin o da qeyd edilir ki, Nazarbayev Qazaxıstan televiziyasındakı çıxışında bildirmişdi ki, Qərb tərəfindən Rusiyaya qoyulan sanksiyalar Avrasiya İqtisadi İttifaqını risk zonasına salır.

"Onun bu sözlərindən belə nəticə çıxarmaq olar ki, Gömrük İttifaqı öz işləməz iqtisadi sistemi sayəsində dağılır. Ukraynanın “Maydan xarici işlər” xeyriyyə cəmiyyətinin rəhbəri Baqdan Yaremenko bütün baş verənləri, Moskvaya və onun postsovet məkanındakı xarici siyasətinə vurulmuş sillə adlandırıb"- deyə məqalədə vurgulanır.

Vaqif

AzPolitika.info

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…