2026-cı ilin başlanmasına təxminən bir ay qalır. Yeni ili qarşılamaq üçün insanlar müxtəlif məkanlara üz tutur: bəziləri xarici səfərlərə üstünlük verir, digərləri isə bayramı ölkə daxilində qeyd etməyi seçir.
İşğaldan azad olunmuş ərazilərdə yeni ili qarşılamaq istəyənlərin sayı da az deyil. Bayram yaxınlaşdıqca Qarabağda fəaliyyət göstərən hotellərin qiymətləri gündəmə gəlib.
Bayram günləri həmin otellərin qiyməti aşağıdakı kimi olacaq:
Qarabağ otel (Şuşa)

31 dekabr giriş – 2 yanvar çıxış (2 gecə / 2 nəfər) üçün “hər şey daxil” paketlər:
- Standard otaq – 750 AZN
- Junior otaq – 800 AZN
- King Suite – 950 AZN
Paketə canlı musiqi proqramı, Qala gecəsi şam yeməyi, səhər yeməkləri və 1 yanvar axşamı canlı musiqi proqramı daxildir. Əlavə çarpayı qiymətləri: böyüklər üçün 375 AZN, uşaqlar üçün 180 AZN.
Xarıbülbül otel (Şuşa)

Yeni il üçün qiymətlər standart tariflərlə tətbiq ediləcək. Şou proqram nəzərdə tutulmayıb.
Şuşa otel

31 dekabr – 2 yanvar tarixlərində 2 nəfər üçün 2 gecə standart otaq 950 AZN-dir. Qiymətə səhər yeməyi və Qala gecəsi daxildir.
Palace otel (Xankəndi)

31 dekabr – 1 yanvar üçün 2 nəfərlik standart otaqlar 210 və 240 AZN-dən başlayan qiymətlərlə təklif olunur. Paketdə səhər yeməyi, idman zalı və qapalı hovuz yer alır.
Bulud otel (Xankəndi)

Yeni il gecəsi üçün qiymətlər 240–260 AZN aralığından başlayır. Paketə səhər yeməyi, idman zalı və qapalı hovuz daxildir.
Qarabağ otel (Xankəndi)

Shamakhi Palace Sharadil: 1980 manatdan başlayan qiymətlərlə

Qafqaz Tufandag Hotel - 1699 manatdan başlayan qiymətlərlə

Basqal Resort & Spa: 1660 AZN-dən başlayan qiymətlərlə

Shabran Wellbeing Resort: 1650 AZN-dən başlayan qiymətlərlə

Lankaran Springs Wellness Resort - 1500 manatdan başlayan qiymətlərlə

Marxal Resort & Spa: 1420 AZN-dən başlayan qiymətlərlə

Quba Macara Lake Park: 1380 – 2150 manat civarında

"AzPolitika.info"

Şərhlər