İranda keçirilən "2025 Kish Inox Tech Expo" sərgisində robot kimi təqdim edilən fiqurların əslində xüsusi kostyum və makiyajla səhnəyə çıxan real insanlar olduğu üzə çıxıb.
"AzPolitika" xəbər verir ki, ziyarətçilər robotların nəfəs alma hərəkətləri və göz qırpma kimi detalları görərək, onların insan olduğunu qısa müddətdə müəyyən ediblər. Hadisə sosial şəbəkələrdə sürətlə yayılaraq gülüş və istehza ilə qarşılanıb.
Bu fakt üzə çıxdıqdan sonra sərgi tənqid edilib.
Hadisə qısa zamanda dünya mediasına da yayılıb və xüsusilə texnologiya həvəskarları tərəfindən istehza ilə qarşılanıb.
"AzPolitika.info"

Şərhlər