Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin biznesmen oğlu Zamiq Xankişiyev cinayət məsuliyyətinə cəlb edilib.
“AzPolitika” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, 3 nəfərin 500 min manatdan artıq (xüsusilə külli miqdarda dələduzluq) pulunu ələ keçirməkdə ittiham olunur.
Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tutulub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.
Hazırda cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.
Qeyd edək ki, mediada İmişlidən olan iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb. Mətbuata üz tutan vətəndaşlar “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış atası Fəyyaz Xankişiyevi də dələduzluqda ittiham ediblər.
Sonuncu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşı olub. Onun bu addan istifadə edərək İmişlidən Bakıya hər gün vaqonlarla qanunsuz şəkildə qum-çınqıl materialları daşıtdırması barədə də iddialar var.
F.Xankişiyev 2014-cü ildə elə qrup yoldaşı Z.Məmmədov tərəfindən işdə yol verdiyi ciddi nöqsanlara və quruma vurduğu maddi ziyana görə vəzifəsindən azad edilib.
Hazırda dələduzluqda ittiham olunan oğul Xankişiyev isə bahalı həyat tərzi ilə gündəmdə olub. O, “Bentley” markalı 10-PP-555 nömrə nişanlı və seriya nömrəsinin sonu 400-lə bitən bir neçə lüks avtomobilin sahibidir. Müxtəlif vaxtlarda avtomobil kolleksiyasını sosial şəbəkələrdə nümayiş etdirib.
Fotoda: Zamiq Xankişiyev







Şərhlər
Belə çıxır ki, bizim elita övlad böyütmür, oğru, talanşı böyüdür. Onlara quldur, qəsbkar tərbiyəsi verir. Heç kim deməsin ki, bu elitada müstəsna haldır. Xeyr. Müstəsna deyil, kütləvi haldır. Son bir ilin mətbuatına baxın, görrün qudurmuş məmur övladlrı nə qədər oğurluq ediblər. Bunlar parazitdilər. Xalqın boynuna dolanmış əfi ilandırlar. Ata cəhənnəm, ana da demir ki, ay bala, belə eləməyin. B qədər haram yeməyin. Haram yemək hansısa murdar bir şeyi yemək deməkdir. Biz anaları belə görmüşük. Bunlaran anaları övladlkarından da betərdir. Qırılmışın nə arvadında abır-həya var, nə kişisində. Yazıq Azərbaycan bu qədər talana, bu qədər qarətə, bu qədər sümürgəçilərə necə dözür?