Menu

“Gerasimov orduya hücumu dayandırmaq əmri verib” - Sensasiyalı iddia

04.11.2026, 12:31
“Gerasimov orduya hücumu dayandırmaq əmri verib” - Sensasiyalı iddia

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov orduya Ukraynanın Donetsk bölgəsindəki hücumlarını dayandırmağı və müdafiəyə keçməyi əmr edib.

“AzPolitika” xəbər verir ki, bu barədə məşhur bloqer Mixail Roqoza məlumat yayıb və bu xəbər sensasiya yaradıb.

İddia olunur ki, Rusiya ordusu Donbasdakı payız hücumunu Rusiya ərazisindəki yanacaq çatışmazlığı səbəbindən dayandırıb. Belə ki, Rusiya ordusunun bunun üçün topladığı yanacaq Ukrayna Silahlı Qüvvələrinin Rusiya neft emalı zavodlarına yenidən zərbələr endirməsi səbəbindən böyük çatışmazlıq yaşayan Moskvaya göndəriləcək.

Roqozanın sözlərinə görə, Gerasimovun əmri Rusiya ordusunun Donetsk bölgəsində müdafiə mövqeyinə keçməsini göstərir. Lakin Rusiya qoşunları Rusiya Baş Qərargahının Ukraynada yeni əraziləri "ələ keçirdiyini" iddia edə bilməsi üçün lokal hücumları davam etdirəcəklər. 

Roqoza vurğulayıb ki, Rusiya ordusu Vladimir Putinin 2026-cı ilin sonuna qədər Ukraynanın bütün Donetsk bölgəsini ələ keçirmək əmrini yerinə yetirə bilməyib və buna 2027-ci ildə də nail ola bilməyəcəyi görünür. 

Qeyd olunur ki, Rusiya ordusu üçün vəziyyət xüsusilə Slavyansk və Kramatorsk ətrafında olduqca pisdir. Bundan əlavə, onlar Konstantinovka uğrunda küçə döyüşlərində ilişib qalıblar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol