Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq ölkə Prezidenti Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelə qarşı dövlət xəyanəti ittiham ilə rəsmi ittiham elan ediblər.
SBU-nun məlumatına görə, Mendel "Ukraynaya qarşı informasiya-təxribat fəaliyyəti ilə məşğuldur". İstintaq materialları arasında onun xarici KİV-lərdəki və sosial şəbəkələrdəki açıq bəyanatları əsas rol oynayır.
SBU ekspertizaların nəticələrinə istinadən bildirir ki, Mendel çıxışlarında Ukraynanı beynəlxalq səviyyədə nüfuzdan salır, eləcə də Kremlin rejimini və Ukraynaya qarşı başladığı müharibəni haqlı çıxarmağa çalışır. İttihamlara əsaslanan əsas nümunələrdən biri kimi, Mendeliyin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibə göstərilir. Həmin müsahibədə o, Ukraynada demokratiya və söz azadlığının olmadığını iddia edib.
Hazırda istintaqın məlumatına görə, Yuliya Mendel Ukrayna hüdudlarından kənardadır. O, ünvanına səsləndirilən ittihamlarla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.
Xatırladaq ki, cari ilin sentyabr ayında Prezident Vladimir Zelenski özünün sabiq mətbuat katibinə qarşı sanksiyalar tətbiq etmişdi. Sərtləşdirilmiş tədbirlər çərçivəsində Mendelin "Instagram", "X" və "Facebook" səhifələrinə Ukrayna ərazisindən giriş məhdudlaşdırılıb.
Yuliya Mendel 2019-cu ilin iyunundan 2021-ci ilin iyuluna qədər Vladimir Zelenskinin mətbuat katibi vəzifəsində çalışıb.
AzPolitika.info


Şərhlər