"Forbes" jurnalının hesablamasına görə, İlon Maskın sərvəti 749 milyard dollara çatıb.
Bu barədə iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabından paylaşım edib.
"Yəni, Maskın sərvəti Azərbaycan büdcəsindən 33 dəfə, Gürcüstan büdcəsindən 61 dəfə, Ermənistan büdcəsindən 92 dəfə çoxdur. İlon Mask, Cənubi Qafqaz ölkələrini indiki büdcə parametrləri ilə, 17 il, yəni 2042-ci ilə qədər təkbaşına dolandıra bilər. 2026-cı il Azərbaycan büdcəsinin gəlir hissəsindən adambaşına 2230 dollar, Gürcüstanda 3086 dollar, Ermənistanda isə 2630 dollar düşür", -deyə iqtisadçı qeyd edib.
N. Cəfərli daha bir maraqlı faktı vurğulayıb ki, əgər Mask bütün var-dövlətini 3 Cənubi Qafqaz ölkə əhalisi arasında bərabər bölsə, hər bir insana 44 min dollar düşər.
"AzPolitika.info"

Şərhlər
Azerbaycandan bundan 33 defe varli adamlar var