Menu

“Azərbaycan” yazısını gizlətməyə çalışan erməni cəzalandırıldı - FOTO

03.01.2026, 14:04
“Azərbaycan” yazısını gizlətməyə çalışan erməni cəzalandırıldı - FOTO

İtaliyada keçirilən “Tour de Ski” yarışlarında iştirak edən erməni xizəkçi Mikael Mikaelyan cəzalandırılıb.

“Qafqazinfo” İsveç mediasına istinadən xəbər verir ki, buna səbəb onun formasında yarışın sponsorlarından olan Azərbaycanın adı yazıldığı hissəni örtməsi olub.

Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) idmançının bu hərəkətinin yolverilməz olduğunu bildirib. M.Mikaelyan isə həmin hərəkəti niyə etməsinin səbəbini açıqlamayıb: “Bu mənimlə münsiflər heyəti arasında qalacaq”.

Qeyd edək ki, sözügedən Federasiya Azərbaycanla 5 illik sponsorluq müqaviləsi imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol