Dünyanın ən zəngin 10 insanı arasındakı sərvət fərqi 2026-cı ilin əvvəlində rekord həddə çatıb.
Belə ki, "Forbes"-in məlumatlarına görə, yeni ilə girərkən siyahıdakı 10 nəfərdən 6-sının sərvəti azaldığı halda, amerikalı milyarder İlon Maskın sərvəti əhəmiyyətli dərəcədə artıb.
Son bir ayda sərvətini təxminən 244 milyard dollar artıran Mask, 726 milyard dollarla planetin tarixdəki ən zəngin insanı mövqeyini daha da möhkəmləndirib. Mask ən yaxın rəqibi olan "Google"-ın qurucularından Larri Peysi təxminən 3 dəfə qabaqlayıb.
Bu artımda "SpaceX" şirkətinin dəyərinin 400 milyard dollardan 800 milyard dollara yüksəlməsi, eləcə də "Tesla" səhmləri ilə bağlı məhkəmə qərarı əsas rol oynayıb.
"Forbes"-in 1987-ci ildən yayımladığı siyahıya görə, dünyanın ən zəngin 10 insanının ümumi sərvəti 2,6 trilyon dollara çatıb. Bu arada dünyanın ən zəngin qadını isə “Walmart”ın qurucusu Sem Uoltonun qızı Elis Uolton olub. Onun sərvəti 119 milyard dollar qiymətləndirilir.
2026-cı ilin yanvarına görə dünyanın ən zəngin 10 insanı
1. İlon Mask
Sərvət: 726 milyard dollar
2. Larri Peyc
Sərvət: 257 milyard dollar
3. Larri Ellison
Sərvət: 245 milyard dollar
4. Ceff Bezos
Sərvət: 242 milyard dollar
5. Sergey Brin
Sərvət: 237 milyard dollar
6. Mark Zukerberq
Sərvət: 226 milyard dollar
7. Bernar Arno
Sərvət: 195 milyard dollar
8. Censen Huanq
Sərvət: 162 milyard dollar
9. Uorren Baffet
Sərvət: 149 milyard dollar
10. Stiv Ballmer
Sərvət: 147 milyard dollar
"AzPolitika.info"

Şərhlər