“Litva 1990-cı ilin yanvarında Sovet təcavüzü nəticəsində həlak olan günahsız insanların müqəddəs xatirəsini ehtiramla yad etməkdə Azərbaycanla bir yerdədir. Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi. Şəhidlərin ruhu şad olsun”.
“AzPolitika” xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nausėda 20 Yanvar şəhidlərinin xatirəsini yad etdiyi X sosial şəbəkəsindəki paylaşımında yazıb.
Xatırladaq ki, 20 yanvar faciəsindən təxminən bir il sonra 1991-ci il yanvarın 11-13-də Litvanın paytaxtı Vilnüsdə də Sovet qoşunları tərəfindən buna bənzər qırğın törədilib. Baş verən hadisələr nəticəsində 13 nəfər həlak olub, 600-ə qədər insan isə yaralanıb.
Bundan əlavə, Türkiyə Xarici İşlər Nazirliyi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib. Müvafiq paylaşım Türkiyə Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
“20 yanvar 1990-cı ildə Azərbaycanın müstəqilliyi naminə şəhid olan Azərbaycanlı qardaşlarımızın xatirəsini hörmətlə yad edirik”, - deyə paylaşımda bildirilir.
İsrailin Azərbaycandakı səfirliyi də oxşar bəyanat yayıb.
Bundan əlavə, ABŞ, Belçika və digər ölkə səfirlikləri də 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar başsağlığı verib.
Onu da qeyd edək ki, 20 yanvar faciəsinin ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edən səfirlər arasında Hindistan səfirinin olmadığı barədə mediada məlumatlar yayılıb.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər
Litvanı deyə bilmərəm, 1987-88ci illərin etnik deportu, mərkəzdən yetəri konstitusion təpki almayan və hələ də ciddi mühakiməsiz 14.06.1988 tarixli kütləvi Hərbi *Miatsum!* terroru, 20 Yanvar 1990 Bakıya Hərbi təcavüz, 20 Noyabr 1991 Hökumət vertolyotunun vurulması mərkəzin 1992ci ilə qədər davam edən təsliminə qarşı əminliklə digər dövlətlər və beynəlxalq təşkilatarı özünü müdafiə zərurətini göstərirdi?