Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təhlükəsizlik, ikitərəfli əməkdaşlığın gücləndirilməsi və Qara dənizdə gəmiçilik məsələlərini müzakirə edəcək.
"AzPolitika" xəbər verir ki, Zelenski bu barədə İstanbula çatdıqdan sonra sosial şəbəkə hesablarında paylaşım edib.
“Qarşıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mühüm danışıqlar var. Xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi, Türkiyə ilə dövlətlərarası tərəfdaşlığın möhkəmləndirilməsi və real diplomatik perspektivlərin reallaşdırılması istiqamətində çalışırıq. Qara dənizdə gəmiçiliklə bağlı da mühüm məsələlər var”, – deyə Ukrayna Prezidenti bildirib.
Bundan əlavə, səfər çərçivəsində Volodimir Zelenskinin Ümumdünya Patriarxı Varfolomeylə görüşü də nəzərdə tutulub.


Şərhlər