Menu

İran hərbi planı tamamladı: Hədəf siyahısı genişləndirilir

31.10.2026, 15:36
İran hərbi planı tamamladı: Hədəf siyahısı genişləndirilir

İran hərbi təcavüz baş verəcəyi təqdirdə genişmiqyaslı cavab tədbirlərinə başlamağa hazır olduğunu bəyan edib. Ölkənin Silahlı Qüvvələri istənilən hücuma qətiyyətli cavab verilməsini nəzərdə tutan əməliyyat planının hazırlanmasını yekunlaşdırıb. 

"AzPolitika" xəbər verir ki,bu barədə İranın təhlükəsizlik orqanları və siyasi rəhbərliyinin yüksəkvəzifəli nümayəndəsi "Al Mayadeen" telekanalına müsahibəsində bildirib.

O, İranın düşmənlərinə və onların regiondakı müttəfiqlərinə xəbərdarlıq edərək bildirib ki, ehtimal olunan cavab zərbəsinin miqyası və gücü gözləntiləri aşacaq və onlar üçün şok effekti yaradacaq. 

İran nümayəndəsi həmçinin qeyd edib ki, qarşı tərəf terror aktları törədəcəyi təqdirdə Tehran qanuni hədəf hesab etdiyi obyektlərin siyahısını genişləndirəcək.

Onun sözlərinə görə, həmin siyahıya düşmən tərəfin və onun regional müttəfiqlərinin bütün siyasi mərkəzləri, obyektləri və qərargahları daxil edilə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol