Bakıda maşın velosipedçini vuraraq öldürüb.
"AzPolitika" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, 1959-cu il təvəllüdlü Ədalət Bədəlov idarə etdiyi "VAZ 2109" markalı avtomobillə hərəkətdə olarkən velosiped idarə edən 1993-cü il təvəllüdlü Ülfət Hüseynovu vurub. Velosipedçi hadisə yerinə ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.


Şərhlər