Menu

Bu dəfə futbolçular yox, baş məşqçilər dalaşdı + VİDEO

31.10.2026, 12:40
Bu dəfə futbolçular yox, baş məşqçilər dalaşdı + VİDEO

Norveçin “Budyo Qlimt” və “Vikinq” komandalarının ölkə çempionatının 25-ci turu çərçivəsində keçirilən qarşılaşmasında qalmaqal yaşanıb.

“AzPolitika” xəbər verir ki, matçın 45+4-cü dəqiqəsində “Budyo Qlimt”in baş məşqçisi Xyetil Knutsenlə “Vikinq”in çalışdırıcısı Morten Yensen arasında texniki zonada mübahisə yaranıb.

Qarşılaşmanın baş hakimi, FIFA referisi Espen Eskos hər iki baş məşqçiyə birbaşa qırmızı vərəqə göstərərək onları meydandan kənarlaşdırıb.

Gərgin mübarizə şəraitində keçən görüş “Budyo Qlimt”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Vikinq” UEFA Çempionlar Liqasında “Sabah”ın rəqibidir. Komandalar arasında qarşılaşma noyabrın 5-də Norveçdə keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol