Menu

Nəcəfov saxlanıldı - 18 minlik oğurluqda təqsirləndirilir

31.10.2026, 11:29
Nəcəfov saxlanıldı - 18 minlik oğurluqda təqsirləndirilir

Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

“AzPolitika” xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb.

Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.

Hazırda faktla bağlı araşdırma davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol