Rusiya Nazirlər Kabineti dizel məhsullarının ixracına tətbiq edilən qadağanın müddətini daha 3 ay uzadıb.
"AzPolitika" xəbər verir ki, yeni qərar 2027-ci il yanvarın 31-dək qüvvədə olacaq.
Məhdudiyyətin ölkənin daxili yanacaq bazarında sabitliyi qorumaq məqsədilə uzadıldığı bildirilir.
Qeyd edək ki, Rusiyada benzinin ixracına tətbiq olunan ümumi qadağa 2027-ci il yanvarın 31-dək qüvvədə olsa da, dizel, gəmi yanacağı və qazoyl istehsalçıları üçün xüsusi məhdudiyyət oktyabrın 31-də başa çatmalı idi.


Şərhlər