Xalid Kərimli: “İnsanlar layiqli iş tapmaqda çətinlik çəkir”
Dövlətin məşğulluq siyasətində əsas hədəflərdən biri işsiz və işaxtaran şəxslərin əmək bazarına daha sürətli cəlb olunmasıdır. Bu istiqamətdə müxtəlif aktiv məşğulluq proqramları həyata keçirilir və onların əhatə dairəsi hər il genişləndirilir.
Dövlət Məşğulluq Agentliyinin məlumatına əsasən, 2026-cı ildə 450 minə yaxın şəxsin bu tədbirlərə cəlb edilməsi planlaşdırılır. Lakin bu rəqəmin praktikada hansı nəticələr verəcəyi sual doğurur. Qısa zaman ərzində bu qədər insanın aktiv məşğulluq proqramları ilə əhatə edilməsi nə dərəcədə mümkündür? Bu proqramlarda iştirak edən şəxslərin sonrakı mərhələdə davamlı və rəsmi məşğulluq əldə etməsi real nəticə verirmi?

Bu barədə “AzPolitika”ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, bu tədbirlər əsasən iş yerləri ilə bağlı yarmarkalardır.
Onun sözlərinə görə, həm Dövlət Məşğulluq Agentliyi, həm də şirkətlər öz təşəbbüsləri ilə məşğulluq yarmarkaları təşkil edirlər. “Bu yarmarkalarda iş yerləri barədə məlumat təqdim olunur, işsizlər gəlib baxır, işəgötürənlə işçi arasında görüşlər keçirilir. Eyni zamanda, həm dövlət, həm də şirkətlər işçilər üçün treninqlər təşkil edir. Bu treninqlərin məqsədi əmək bazarına daxil olmaq üçün yeni biliklər və bacarıqlar qazandırmaqdır”.
X. Kərimli əlavə etdi ki, Dövlət Məşğulluq Agentliyinin planları ötən illərin məlumatları əsasında hazırlanır və keçirilən tədbirlərin sayı kifayət qədər real proqnozlaşdırılır: “Burada əsas sual budur: işsizlər bu tədbirlərdən sonra iş tapa biləcəklərmi? Bu yalnız Dövlət Məşğulluq Agentliyinin işi deyil. İqtisadiyyatın inkişafı, xüsusən qeyri-neft sektorunun genişlənməsi iş yerlərinin yaradılması üçün vacibdir. Əgər iqtisadi artım yalnız 1,4 faizdirsə, bu çox zəif göstəricidir və lazımi məşğulluğu təmin edə bilməyəcək”.
Ekspert sonda qeyd etdi ki, bazar işəgötürənlərin xeyrinədir və bazara çıxarılan vakansiyaların sayı iş axtaranlardan dəfələrlə azdır: “Bu səbəbdən ölkədə işsizlik problemi və aşağı əmək haqqı mövcuddur. İnsanlar layiqli iş tapmaqda çətinlik çəkirlər. İqtisadiyyat inkişaf etməlidir ki, yeni iş yerləri açılsın və işçilərə real tələbat yaransın”.
Oğuz Ayvaz

Şərhlər
Mən Şəmkirdə öümə iş tapa bilmirəm heç bir sahədə
Özüm ali təhsil li müəllimə
Çox iş yerləri məşğulluğa vakant yer versede gedirsən deyir bizdə elə vakant yer yoxdu
Ya sa o yeri artık kim isə tapşırıb və ora kiminsə qohumu ya da tapşırıqla gələn olacaq
Mən tək2 uşaq anası döymədiyim qapı qalmayıb
1ildir işsizəm dost MMC-də jek idaresinde isleyirdim
12fevral 2025 çi ilde xitam geldi. muraciet eledim qaytarmadilar
Ölkədə nə vaxt ki Manapolya son qoyulacaq Mehdiyevçilər dövlətin bütün qurumlarından tam şəkildə təmizlənəcək Hökümət Xalqın xeyrinə qanunlar çıxaracaq Vergilər azaldılacaq hər şeyden vergi əvəzinə hər şeyden pul valyuta qazanmağa şərait yaradılacaq Əhali varlanacaq O zaman dövlət də güclü olacaq bunların hamısını eləmək üçün Ali Baş komandan İlham Əliyev cənabları Nə qədər mənfi oxlar toplar tüfənglər varsa Dövlətimizə Xalqımıza qarşı tuşlanmış süni maneələri Dəmir Yumruğuyla əzməsə ölkədəki rüşvətxor məmur nazir tayfası ölkəmizi bundan da pis hala salacaqlar.
İşsizliyin azaldılmasına ilk növbədə dövlətin marağı olmadır.Ö 90 faizə qədər importdan asıı vəziyyətə gətirilib. Hətta pambıq istehsal edən ölkə alt camaşır paltarlarını xaricdən idxal edirİ.iri yüngül.ağır sənayrfabrikaları.tekstil.tiişkombinatları yaratmaqvə əhalini işcəlb etmək təcili .lazımlı sahələrdir.Əfsus ki.3 ildir b sah dağıdılıb və yeniləri yaradmayıb. Sahibkarın 10-15 işyeri yarartmüsıilə bu problem cözülməz!