Menu

Hikmət Hacıyevin adından yayılan video saxtadır- Rəsmi AÇIQLAMA

27.01.2026, 21:00
Hikmət Hacıyevin adından yayılan video saxtadır- Rəsmi AÇIQLAMA

Sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sıra hesablar vasitəsilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından "deepfake” texnologiyası tətbiq olunmaqla hazırlanmış, reallığı əks etdirməyən və saxta məzmunlu video yayılıb.

Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi açıqlama yayıb.

Bildirilib ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi Azərbaycan və Türkiyə arasında olan münasibətləri zədələməyə, iki qardaş ölkə arasında mövcud olan strateji müttəfiqliyə xələl gətirməyə və qarşılıqlı etimadı sarsıtmağa xidmət edir.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, "deepfake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

Eyni zamanda, sosial şəbəkə platformalarının sahiblərini və müvafiq qurumları zərərli və saxta məzmunun operativ şəkildə aradan qaldırılması, bu tip halların qarşısının alınması üçün effektiv mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görməyə dəvət edirik", - deyə Medianın İnkişafı Agentliyinin məlumatında qeyd olunub.

Şərhlər

B.Qarabağlı 2026-01-27 15:15:47

Media İnkişaf Agentliyinin, 33 il hərbi genosid işğalında saxlanmış Dövlətin cəmiyyəti, vətəndaşlarını yalan və *deepFake*lərdən ani-operativ xəbərdarlığı zəruridir! Ancaq, mənbəyi, məğzi-məzmunu naməlum *deepFake*ni vətəndaş və icma necə dəyərləndirsin? Azərbaycan, Hərbi Genosid Cinayətinin mühakiməsi üçün 33 il ədalətli dünya ictimaiyyətinə müraciət edib!? Qəti münasibət-mühakimə varmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol