“Əmək pensiyaları” haqqında Qanuna əsasən, əmək pensiyalarının indeksləşdirilərək artırılması hər il yanvar ayına da şamil olunur. Artıq yanvar ayı üçün pensiyalar tam ödənilib. Bu ay artımların verilməməsi nə ilə bağlıdır və artımlar nə zaman ödəniləcək?
"AzPolitika" xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
Deputat bildirib ki, mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır.
"Hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz bu aydan hesablanır. 2025-cü ilin ilk 11 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı 9.3 faiz artıb. İllik yekunun isə 9.2 faiz olacağı gözlənilir. Dəqiq rəsmi göstərici isə Dövlət Statistika Komitəsi tərəfindən gələn ayın əvvəllərində elan ediləcək.
2025-c ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq".
V.Bayramovun sözlərinə görə, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub:
"Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq",- deyə deputat qeyd edib.

Şərhlər
Vətəndaş yığıdığı kapitalın 90 %-ni pensiya idarəsi 144 aya bölərək vətəndaşa hissə hissə verir . Əgər ki 12 il yaşamasa, və yaxud da 65 yaşa çatmamış həyatını itirərsə bu vəsait də batır.. Yəni Vətəndaş öz vəsaitini yığır, sonra bu vəsiti aylara bölməklə özü özünə qaytarır, ümumi pulun 10 %-ni isə pensiya idarəsi özünə götürür.. Öz zəhmətilə qazandığı və sosial sığortaya ödənən şəxsi pul Banka qoyulsaydı nəvə nəticən 100 il keçsə belə faiz alacaqdı və istənilən vaxtı pulu Tam götürmək mümkün olardı.
Mənim əlillik pensiyam niyə ödənilməyib?
Təqaüdlərin hsablanmasında vətəndaşlara ayrıseçkilik edilməsi(mütəlif şkalalar üzrə hesabama0 hansı qanunla və nəyə əsasən tətbiq edilir? Bu fərqli yanaşma ləğv olunmalıdır.
vüqar, ay yolddaşş baş pensiyaçı , yorulmadın bu təkrarlardan