Menu

Türkiyədə rəsmi səfər zamanı gözlənilməz hadisə - Prezident belə yıxıldı + VİDEO

28.01.2026, 11:28
Türkiyədə rəsmi səfər zamanı gözlənilməz hadisə - Prezident belə yıxıldı + VİDEO

Türkiyədə rəsmi səfərdə olan Nigeriya Prezidenti Bola Əhməd Tinubu rəsmi qarşılanma mərasimi zamanı yıxılıb.

Hadisə prezidentin qarşılama heyətini salamladıqdan sonra hökumət nümayəndələrinin yerləşdiyi istiqamətə doğru irəliləyərkən baş verib. Bu zaman Tinubu müvazinətini itirərək yerə yıxılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və mərasimdə iştirak edən nümayəndə heyəti dərhal ona kömək göstərərək ayağa qaldırıblar. Rəsmi məlumata görə, Nigeriya Prezidentinin səhhətində hər hansı ciddi problem yoxdur və vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, baş verən hadisə rəsmi qarşılanma mərasimini canlı yayımlayan media qurumlarının kameralarına da əks olunub.

Həmin görüntüləri təqdim edirik:


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol