Menu

Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO

29.01.2026, 13:22
Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO

Məlum olduğu kimi, Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasınadək uzanacaq tramvay xəttinin texniki hazırlıq işləri artıq başa çatıb.

İlkin sxemə əsasən, tramvay xətti “28 Mall” ticarət mərkəzinin qarşısından keçəcək. Bu ərazidə avtomobillərin hərəkətinin məhdudlaşdırılması, yolun əsasən ictimai nəqliyyat və velosiped zolaqları üçün nəzərdə tutulması mümkündür. Avtomobil axınının isə paralel küçələrə yönəldilməsi planlaşdırılır.

Qeyd edək ki, layihələndirmə mərhələsindən sonra tikinti işlərinə start veriləcək. İnşa işlərini həyata keçirəcək şirkətlər tikintinin başlanmasından sonra 3 il ərzində layihəni tamamlamağı öhdələrinə götürüblər.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol