İranın yaxın zamanda hərbi zərbəyə məruz qalacağı ehtimalı getdikcə artır.
“AzPolitika” xəbər verir ki, Tehran meri Əlirza Zəkani, yaxınlaşan hərbi münaqişə qorxusu səbəbindən şəhərin yeraltı dayanacaqlarında və metro stansiyalarında hərbi sığınacaqların yaradıldığını elan edib.
Eləcə də İran, ABŞ hərbi desant qüvvələrinin sahilə mümkün enişinin qarşısını almaq üçün Hörmüz boğazında sahil xəttini möhkəmləndirib. Strateji əhəmiyyətli Bəndər Abbas limanında və Kiş adasında əlavə istehkamlar qurulub.
Bu arada, “Reuters” agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp yeni etiraz dalğası yaratmaq məqsədilə İrana qarşı hərbi əməliyyatlara dair müxtəlif variantları, o cümlədən ölkənin təhlükəsizlik qüvvələrinə və rəhbərliyinə qarşı nöqtə zərbələri endirməyi nəzərdən keçirir.
Vaşinqtondakı müzakirələrlə tanış olan mənbələr bildirirlər ki, İranın raket və nüvə obyektlərinə qarşı daha genişmiqyaslı əməliyyat da mümkün ssenarilər arasındadır. Lakin hələlik yekun qərar verilməyib.
“AzPolitika.info”

Şərhlər