Menu

Azərbaycanın Türkiyədəki səfirliyi Rəsulzadəni anıb - FOTOLAR

31.01.2026, 15:22
Azərbaycanın Türkiyədəki səfirliyi Rəsulzadəni anıb - FOTOLAR

Bu gün Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və səfirlik əməkdaşları Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142-ci ildönümü münasibətilə onun Ankaradakı məzarını ziyarət ediblər.

Səfir Rəşad Məmmədov sosial şəbəkədə paylaşımında bildirib ki, “Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadəni 142-ci doğum ildönümündə hörmət və ehtiramla anırıq. Ruhu şad, məkanı cənnət olsun”.

Ziyarət zamanı səfirlik əməkdaşları mərhum dövlət xadiminin xatirəsini yad edərək önünə gül dəstələri qoyublar və onun Azərbaycanın müstəqilliyi yolunda gördüyü xidmətləri qeyd ediblər.

"AzPolitika.info"



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol