Azərbaycanda 67 yaşlı general-mayor Nazim Əliyevin özündən 35 yaş kiçik xanımla ailə qurub. Məlumata görə, general-mayorun ailə həyatı qurduğu şəxs 33 yaşlı Həcər Mirzəyevadır.
“AzPolitika” "Qaynarinfo”-ya istinadən xəbər verir ki, xəbər verir ki, diqqətçəkən məqamlardan biri isə Həcər Mirzəyevanın da tanınmış general ailəsinə mənsub olmasıdır. Belə ki, o, gömrük general-mayoru Ehtiram Xəlilovun bacısı qızıdır.
Ehtiram Xəlilov
Həcər Mirzəyeva hazırda Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilat xətti üzrə məsul vəzifədə çalışır. O, Agentlikdə YAP Binəqədi ərazi təşkilatının sədr müavini vəzifəsini icra edir.
Təhsilinə gəlincə, Həcər Mirzəyeva Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Daha sonra Finans və Kredit ixtisası üzrə magistratura təhsilini başa vurub.
Həcər Mirzəyeva
Siyasi fəaliyyətə isə erkən yaşlardan qoşulub. O, 2009-cu ildən Yeni Azərbaycan Partiyasının könüllü üzvü olub. 2021-ci ildən etibarən isə Milli Aerokosmik Agentlikdə YAP-ın Binəqədi ərazi təşkilatında sədr müavini kimi fəaliyyət göstərir.
İş fəaliyyəti dövründə Həcər Mirzəyeva bir sıra mükafatlara layiq görülüb. O, "Peşə medalı” ilə təltif edilib, həmçinin Binəqədi rayon YAP təşkilatı üzrə "İlin ən fəal gənci” nominasiyası üzrə Fəxri Fərman alıb.
Qeyd edək ki, general-mayor Nazim Əliyevin bu evliliyi həm yaş fərqi, həm də ailələrin yüksək vəzifəli şəxslərlə bağlılığı səbəbindən cəmiyyətin diqqət mərkəzindədir.
***
DİN-nin Polis Akademiyasının sabiq rəisi polis general-mayoru Nazim Əliyev özünə toy edib.
Gununsesi.info-nun xəbərinə görə, general özündən təxminən 35 yaş kiçik xanımla ailə qurub.
Təmtəraqlı toy məclisi təşkil edən Nazim Əliyevin yeni həyat yoldaşı ilə nikahı da toy məclisində təsdiq olunub.
Qeyd edək ki, Nazim Əliyev hazırda Vəkillər Kollegiyasının üzvüdür.
Toydan görüntülərə bu linkdən baxa bilərsiniz:

Şərhlər
Bu YAP ndan əndrabadi məsələlər çıxır Bunlar müsəlman deyillər? Axı islam aləmində belə əcaib .uyğunsuz evlənmələr olmur.
Bu xanımı özündən 2 dəfə yaşlı kişiyə ərə getməyə sövq edən.məcbur edən nə olub?Bu çox maraqldr
Burda nə var ki,bu qədər şişirdirsiniz.düz edib.qoca kişiyə cavan arvad yaraşır.
Sadece bunu deye bilerem Hecer bu generalin var dovletine gore gedib ere atasi babasi yasinda kisi ile evlenmek coxumuz bilirik ki ne meqsedle evlendiklerini kisi olende butun pul ev masin bank da pullar hamisi qalacaq hecere vesalam buda olacaq size evlilik
Aqillidi bilir kime ere qedib))Qocada 5/10 ile , salam aleykum olacaq,,,
67 yash) qelin aqillidi
Afərin bu xanıma! Nazim adlı həm də general quşu düz gözündən vurub naməlum gələcəyinə əsil işıq saçdırıb qarantiya qazandı. Çox demirəm uzağı 5-6 ildən sonra Nazimi 2 kvadratlıq torpağa gömüb 1-2gün tüpercəyi ilə gözünü isladıb "ağlayacaq" və sonra foruma zad edə edə 67 ildə qazandığını keyflə yeyib gəzəcək... Qorxusuz, erküsüz, babasının xəzinəsi kimi... Molodes Həcərsən ki, Həcər
Görünən odur ki, Həcər xanım çox gözüaçıq, ağıllı, xanımdır, xəyalpərəst deyil. Üstəgəl YAP funksioneri olması da bunu həm sübut edir və həm də buna stimul verib.. Yəni pulu pul gətirər və üstəlik də YAP sədri olmaq belə məsələlərdə əlavə böyük üstünlük gətirir. Afərin Həcər xanım. YAP-a da eşq olsun ki ən əndrabadı sürprizləri bizə vaxtlı vaxtında bəxş edir
biabırçılıqdır nə gündəyik biz. cavanlarımız evlənə bilmir bu qoca qurd nəvəsi yaşdaya evlənir
Əla... Cavanlar evlənmir, əhalinin sayı azalır. Qoy qocalar evlənsin, təki uşağı olsun... Özü ölsə də, arvada baxan tapılacaq.
Utanmasan, oynamaqa nevarki,,,
Heç kesin həyatına müdaxilə olmaz Allah xoşbext etsin sevindim her kese öz yarısı lazimdir
ARVADI YOXDU, DÜNYASINI DƏYİŞİB. NAZİM BƏY DEYƏSƏN XƏFİFLƏYİB. DƏVƏNİN QOCA YAŞINDA ŞILLAQ ATMASINI KİM GÖRÜB?
ARVAD UŠAGI NE DEYIR...?