Menu

Trampa qızıldan heykəl qoyulacaq - FOTO

06.02.2026, 12:31
Trampa qızıldan heykəl qoyulacaq - FOTO

Mayamidə Donald Trampın nəhəng qızıl heykəlinin ucaldılması planlaşdırılır.

Məlumata görə, təxminən 4,5 metr hündürlüyündə olan heykəl bürüncdən hazırlanıb və üzəri qızıl örtüklə işlənib. Abidənin ABŞ-ın Cənubi Florida bölgəsində, Doral şəhərində yerləşən “Trump National Doral” qolf kurortunda, altı metrlik postament üzərində quraşdırılması nəzərdə tutulur.

Heykəl $PATRIOT adlı kriptovalyutanı tanıdan investorların sifarişi ilə heykəltəraş Alan Kottrell tərəfindən hazırlanıb. Lakin hazırda ödənişlə bağlı yaranmış mübahisə səbəbindən əsər Ohayodakı tökmə zavodunda saxlanılır. Kottrell bildirir ki, razılaşdırılmış 150 min dolların yalnız 60 min dolları ona ödənilib.

Heykəltəraş eyni zamanda iddia edir ki, kriptovalyuta investorları onun əsərinin görüntüsündən icazəsiz şəkildə istifadə edərək sikkələrini reklam ediblər. Bu məsələ ətrafında mübahisə hələ də davam edir.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol