Menu

Mehdiyevin bu avtomobilləri müsadirə edilə bilər - FOTOLAR

13.02.2026, 14:07
Mehdiyevin bu avtomobilləri müsadirə edilə bilər - FOTOLAR

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev ilə bağlı cinayət işi ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.

İstintaq orqanları tərəfindən təqdim olunan materiallara əsasən, Ramiz Mehdiyevin hakimiyyətin zorla ələ keçirilməsinə və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlər etməsinə dair çoxsaylı faktiki sübutların toplanıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdim etdiyi məlumatlarda eks-məmurun cinayət yolu ilə əldə edildiyi 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı vurğulanır.

Qeyd olunmalıdır ki, Ramiz Mehdiyev və yaxın qohumları lüks avtomobillərdən ibarət geniş kolleksiyaları ilə də gündəmə gəlmişdilər. Müxtəlif mənbələrdə “boz kardinal”ın “BMW”, “Mercedes-Maybach”, “Rolls-Royce”, “Bentley”, “Bentayga” və s. markalı avtomobillərdən ibarət geniş kolleksiyasının olduğu bildirilirdi. Ramiz Mehdiyev və yaxınlarının avtomobil parkının toplam dəyərinin bir neçə milyon manat təşkil etdiyi iddia olunurdu.

Sözügedən avtomobillərin müsadirə edilə biləcəyi bildirilir.

Şərhlər

Veteran 2026-02-14 00:08:13

Əksər nazirlərin icra başçıların xaricdə və daxildə əmlak və biznesləri var.Bunu bütün xalq bilir lakin müəyyən qurumlar görmür və ya görməzdən gəlir.Hamı yuxarıdan komanda gözləyir bax budur bizim bəlamız.

Rasim Quliyev 2026-02-13 21:01:11

17 mln baglar,evler ,avtomobiller aysbergin gorunen hisessidir.Xaricde ofsorlarda olan meblegler

İ.Mustafaoğlu 2026-02-13 14:54:32

Dövlətimizə xəyanət edənlərin əmlakları dövlətin nəfinə keçməli, özlərinə isə ən ağır cəza təyin olunmalıdır ki, başqalarıda özləri üçün ibrət dərsi götürsünlər !

Veteran 2026-02-13 14:42:46

Bunları niyə göstərirsiniz bu xalqa.Camahata acıq verirsiniz.Bunlar bu xəyanətdən çox çox qabaq xalqın talanan sərvətidir və bunları bütün millet görürdü bircə DTX və prokurorluq görmürdü.Valah özünüzü güldürməyin bu xalqa

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol