Region ölkələrinin ötən il üzrə turizm gəlirləri açıqlanıb.
Statistik göstəricilər turizm sektorunun region ölkələri üçün nə qədər əhəmiyyətli valyuta mənbəyinə çevrildiyini göstərsə də, Azərbaycan bu siyahıda ən zəif nəticə ilə diqqət çəkir.
Rəsmi rəqəmlərə görə ölkələrin turizm gəlirləri aşağıdakı kimi olub:
- Türkiyə — 65 milyard 231 milyon ABŞ dolları;
- Rusiya — 8,8 milyard ABŞ dolları;
- İran — 7,4 milyard ABŞ dolları;
- Gürcüstan — 4,6 milyard ABŞ dolları;
- Ermənistan — 3,6 milyard ABŞ dolları;
- Azərbaycan — 1,9 milyard ABŞ dolları.
Müqayisə göstərir ki, Türkiyə Azərbaycanın turizm gəlirini təxminən 34 dəfə üstələyib. Rusiya Azərbaycanla müqayisədə təxminən 4,6 dəfə, İran isə 3,9 dəfə daha çox gəlir əldə edib.
Daha diqqətçəkən məqam isə Cənubi Qafqaz ölkələri ilə müqayisədə ortaya çıxır. Ərazi və əhali baxımından Azərbaycandan kiçik olan Gürcüstan 4,6 milyard dollar gəlirlə Azərbaycanı 2,4 dəfə üstələyib. Ermənistan isə 3,6 milyard dollarla Azərbaycandan təxminən iki dəfə çox turizm gəliri əldə edib.
Beləliklə, açıqlanan rəqəmlər göstərir ki, Azərbaycan region ölkələri arasında turizm gəlirlərinə görə ən aşağı göstəriciyə malikdir.
"AzPolitika.info"

Şərhlər
quru sərhədlər bağlı olduğu üçün Azərbaycana turist axını azdır
Bize qelenlerin iynesi, moqrunovun iynesinnen olur)
Bu biyabirçiliqdir vallah. Bu yaziq milleti her terefden dolanişigini kesirler. Bunu edenler kimdir axi? Bu xalqin malini servetini sümürenlerdir .Quru serhedleri de baglayiblar. Azerbaycan böyuk bir türmeni xatirladir. Bura turist hansi üzle gelsin ki?Bele olmaz axi.