Rusiya “dini tolerantlıq nümunəsi” göstərməkdə davam edir.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, Moskvada Rusiya vətəndaşı namaz qıldığına görə məsuliyyətə cəlb olunub.
Adı çəkilməyən vətəndaş Moskvada Naqatinski Rayon Məhkəməsinin binasındakı otaqların birində, bir küncdə namaz qılıb. Onun namaz qılması digər vətəndaşlar tərəfindən telefonla çəkilərək, sosial şəbəkələrdə yayımlanıb. Bundan sonra elə həmin məhkəmə tərəfindən namaz qılan şəxsə qarşı inzibati iş açılıb.
Hadisə fevralın 18-də baş verib. Məhkəmənin rəsmi məlumatına görə, kişi "müəyyən edilmiş davranış qaydalarını pozaraq dini ayin yerinə yetirib". Buna görə ona qarşı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 17.3-cü maddəsinin 2-ci hissəsi ("Hakimin və ya məhkəmə icraçısının əmrinə tabe olmama") ilə iş açılıb. Lakin kadrlardan da göründüyü kimi, bu şəxs nə hakim, nə də məhkəmə icraçısı qarşısında deyil və kimsəyə tabesizlik göstərmir…
Bu maddəyə görə vətəndaş 3000 rubla qədər cərimə edilə bilər.
“AzPolitika.info”

Şərhlər
Dash bashvuza!!! Allah sizi necede yer üzünde saxlayir ,,,,,)